İslam İnkişaf Bankı 2014-2015-ci illər üzrə Təqaüd Proqramı elan edir
14 Yanvar 2014 14:37 İqtisadiyyatİslam İnkişaf Bankı quruma üzv olan ölkələrin istedadlı gəncləri üçün 2014-2015-ci illər üzrə Təqaüd Proqramı elan edir. Proqram dünyanın bir sıra qabaqcıl universitetlərində doktorantura təhsilinin alınması (3 il müddətinə) və doktoranturadan sonrakı tədqiqat işlərinin aparılmasını (6-12 ay müddətinə) nəzərdə tutur.
Təqaüd Proqramında iştirak etmək istəyənlər ərizə formasını 24 yanvar 2014-cü il tarixinədək AMEA Rəyasət Heyəti Mərkəzi Aparatı Beynəlxalq Əlaqələr İdarəsinətəqdim etməlidirlər. ("OLAYLAR"İA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31