ARDNŞ 2013-cü il üzrə ödənişlərini açıqladı
14 Yanvar 2014 12:33 İqtisadiyyatAzərbaycan Respublikası Dövlət Neft Şirkəti 2013-cü ilin dekabr ayında dövlət büdcəsinə 87 milyon 25 min manat vəsait ödəyib. Socar.az xəbər verir ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-dekabr aylarında büdcəyə 1 milyard 574 milyon 437 min manat vəsait ödənilib. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 149 milyon 410 min manat və ya 110,48 faiz çoxdur. Bundan əlavə, 2013-cü ilin dekabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 426 min manat vəsait köçürüb. Bu, 2012-ci ilin dekabr ayına nisbətən 1 milyon 492 min manat və ya 111,54 faiz çox dur. Ümumiyyətlə, 2013-cü ilin yanvar-dekabr aylarında Şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 162 milyon 191 min manat təşkil edib ki, bu da 2012-ci ilin yanvar-dekabr aylarına nisbətən 4 milyon 690 min manat və ya 102,98 faiz çox olub.