“Günəşli” yatağında ilk horizontal quyu istismara verilib
10 Yanvar 2014 16:29 İqtisadiyyat"28 May" NQÇİ-nin istismar etdiyi "Günəşli" yatağındakı 13 nömrəli dərin dəniz özülündən 350 nömrəli quyu qazmadan sonra istismara verilib. Socar.az xəbər verir ki, ARDNŞ-nin "SOCAR-AQŞ" birgə müəssisəsi tərəfindən qazılmış ilk horizontal quyuda 3442-3174 metr dərinlik intervalına hazır süzgəc buraxılmış, quyu Fasilə lay dəstəsindən mənimsənilməyə başlanmışdır. Qaz-lift üsulu ilə işləyən quyu 260 ton neft və 20 min kubmetr qaz hasilatı ilə istismar fonduna daxil edilmişdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31