2013-cü ilin ən bahalı evlərini kimlər aldı?

2013-ci ilin ən bahalı evləri, Kaliforniya və Nyu-York şəhərlərində alınıb. Lakin, ən böyük evlərin alışı Londonda qeydə alınıb.

10 . Bruce Willis, 8.000.000 dollar;

2013 -cü ilin Fevral ayında Bruce Willis Nyu -Yorkda yerləşən mərkəzi parkın yaxınlığında 8milyon dollara ev alıb. Əvvəlcədən 8.695 milyon dolara satılan ev məhşur aktyor üçün endirim edilərək 8milyona dollara satılıb. Mənzil Art Dekor üslubunda üç yataq otağı, dörd vanna otağı, kamin, yeməkxana və 11.5 metr bədii qalereya uzunluğu ilə geniş otaqları var.

9. Heidi Klum, 9.875 milyon dollar;

Heidi Klum, model, aktrisa və prodüser, payız aylarında Los Angels ərazisində yerləşən Bel Airdə bir ev alıb. Evin kvadrat metr sahəsi çox böyükdür. Torpaq sahəsi 1.6 hektar, altı yataq otağı və doqquz vanna otağından ibarətdir. 2010 -cu ildə 15milyon dollara satışa qoyulan ev, məhşur Klum üçün 2013-cü ildə endirimlə 9,875 milyon dollara satılıb.

8 . Jennifer Lopez , 10 milyon dollar;

Beverli Hills yaxınlığında yerləşən, məhşur Mulholland küçəsində saraya bənzər evi mügənni Jennifer Lopez alıb. Sahəsi 1000 metrdən çox, altı yataq otağı, səkkiz vanna otağı, spa otağı və üzgüçülük hovuzu var.

7. Katy Perry, 11.2 milyon dollar;

Pop müğənnisi Katy Perry, ümumi dəyəri 11.2 milyon dollara olan ev alıb. 1953-cü ildə art üslubunda tikilmiş bu ev, üç qonşu sahələrini də əhatə edir edir. Ərazisi 270 kv metr, üç vanna otağı, açıq-plan mətbəx, bir oturma otağı, beş yataq otağdan ibarətdir.

6. Jessika Simpson, 11,5 milyon dollar;

2013-ci ilin mart ayında amerikalı müğənni Jessica Simpson əvvəllər British musiqiçi Ozzi Osborne və onun ailəsinə məxsus evi alıb. Plot ölçüsü -1 hektarolan ev, altı yataq otağı, ofis, hovuz, spa hamamı və ayrı-ayrı qonaq otaqlarından ibarətdir. Bu saray, Los-Angels yaxınlığındakı gizli Hillsdə yerləşir. 2007-ci ildə Osborne 12,4 milyon dollara aldığı evi, Simpson 11.5 milyon dollara ondan alıb.

5. Gisele Bundchen və Tom Brady, 14 milyon dollar;

Braziliya supermodeli Gisel Bundşen və həyat yoldaşı Amerikalı futbolçu Tom Brady, 2013 -cü ilin payız aylarında Nyu-Yorkda yerləşən binanın bir qatını alıb. 300-dən artıq kvadrat metrə sahib olan mənzil, binanın 47-ci mərtəbəsində yerləşir. Üç yataq otağı (hər biri özəl vanna ilə), və bir böyük mətbəx var. Otaqların pəncərələri isə çay və parklara baxır. Bu gözəl mənzərəli ev ailəyə 14 milyon dollara başa gəlib.

4 . Leonardo Di Caprio, 15.5 milyon dollar

Aktyor Leonardo Di Caprio New Yorkun Greenwich küçəsində 66 nömrəli mənzili alıb. Talvar terras, özəl lift və beş yataq otağına sahib olan ev aktyora 15.5 milyon dollara başa gəlib. 45 milyon dollar isə binanı təşkil edən ekoloji təmiz texnologiyalardan istifadəsinə sərf edilmişdir . Son zamanlar , aktyor ətraf mühitin problemlərinə bir qədər çox diqqət verir və hətta Dünya Vəhşi Təbiət Fonduna 1 milyon dollar bağışlayıb .

3. İrving Azoff 15.95 milyon dollar

2013 -cü ilin Aprel ayında Amerikalı müğənni İrving Azoff, 15.95 milyon dollara Los Angelesdə bir ev alıb. 900 kvadrat metr sahəsi olan bu saray, yeddi yataq otağı, 10 vanna otağı, mətbəx, veranda, idman zalı, hovuz, spa və qulluqçuları üçün otaqlardan ibarətdir. Evin 0.6 hektarı bağ ilə əhatə olunur.

2  Taylor Swift, 17.75 milyon dollar

2013 -cü ilin Aprel ayında, müğənni Taylor Swift Island kəndində bir ev alıb. Kvadrat metri böyük olan ev, 16 otaq, 8 yataq otağı, 10 vanna otağı, kommunal otaqlar və qulluqçuları üçün ayrıca otaqlardan ibarətdir. Evin yaxınlığında yerləşən hovuzun torpaq sahəsi təxminən 2 hektardır.

1 . David və Victoria Beckham , 50 milyon dollar

2013 -cü ilin Noyabr ayında alınan evi, David və Victoria Beckham "Bekinghemskim sarayı " adlandırıb. 50 milyon dollar məbləğində olan ev, London və Çelsi ərazisində yerləşir. Ağ fasadlı köhnə sarayı, Beckham ailəsi 8,5 milyon dollara təmir etməyi planlaşdırır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31