TANAP ölkə iqtisadiyyatının yeni inkişaf mənbələrini müəyyən edəcək- Şərh

TANAP ölkə iqtisadiyyatının yeni inkişaf mənbələrini müəyyən edəcək-Şərh

"TANAP layihəsinin tamamlanması tarixi hadisədir. Nəzərə alsaq ki, TANAP həm uzunluğuna, həm də borunun diametrinə görə yerləşdiyimiz regionun və Avropanın ən böyük layihəsidir,  ümumilikdə Xəzər dənizinin neft və qaz ehtiyatlarının dünya bazarına çıxarılması hər zaman böyük bir tarixi hadisə olub. Xatırladaq ki, 2006-cı ildə ilk dəfə olaraq Ulu öndər Heydər Əliyevin siyasi iradəsi ilə Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə Azərbaycan neftinin dünya bazarına çıxarılması bütövlükdə bölgənin taleyini dəyişdi və Azərbaycan da daxil olmaqla bu, bölgədə iqtisadi inkişafa çöx böyük təkan verdi. Məhz Cənub Qaz Dəhlizi kimi mühüm bir layihənin əsas tərkibi hissəsi olan  TANAP-ın açılışı Xəzərin qaz ehtiyatlarının tarixdə ilk dəfə olaraq Avropada birbaşa istehlakçılara çatdırılmasına mühüm  zəmin  yaratdı. TAP-ın tamamlanması ilə Türkiyə və Yunanıstan sərhədindən başlayaraq Azərbaycan qazının artıq Avropa istehlakçılarına çatdırılması 2020-ci ildən etibarən bütövlükdə həm Avropa, həm tranzit ölkəsi kimi Türkiyə və Gürcüstanın, həm də istehsalçı ölkə kimi Azərbaycan iqtisadiyyatına çox mühüm bir dəyər yaradacaqdır. Ümumilikdə desək Azərbaycan iqtisadiyyatı üçün Azərbaycan qazının birbaşa Avropa bazarına çıxarılması ölkənin uzun müddətə böyük bir gəlir əldə etməsinə gətirib çıxaracaq".

Bu fikirləri Olaylar.az-a millət vəkili Tahir Mirkişili deyib.

T. Mirkişilinin sözlərinə görə, TANAP layihəsinin tamamlanması Azərbaycan iqtisadiyyatının yeni inkişaf üfüqlərinin və inkişaf mənbələrinin müəyyən edilməsi baxımından çox vacibdir: BMT-nin İnkişaf Proqramının hesablamalarına görə, növbəti 60 il ərizndə Azərbaycanın qaz ixracından əldə edəcəyi gəlirin ümumi miqdarı təxminən 99 milyard dollardan yuxarıdr. Və yaxud Azərbaycanın 25 il ərzində əldə edəcəyi gəlir ən pessimistik göstəricilərə görə təxminən 30 milyard dollardan  çoxdur. Bu göstəricilərə diqqət etdiyimiz zaman aydın olur ki, TANAP layihəsinin tamamlanması Azərbaycan iqtisadiyyatının yeni inkişaf üfüqlərini və inkişaf mənbələrinin müəyyən edilməsi baxımından çox vacibdir. Nəzərə alsaq ki, Azərbaycan neft və qaz sahəsində əldə etdiyi gəlirlər qeyri-neft sektorunun inkişafı üçün xüsusi bir maliyyə mənbəyi rolu oynayır, müasir dayanıqlı ictimai model qurmaqda bu layihələrin ölkəmizin gələcəyi üçün çox mühüm əhəmiyyəti vardır".

Millət vəkili layihənin Türkiyə iqtisadiyyatı üçün əhəmiyyətindən danışıb: "Türkiyə üçün layihənin verə biləcəyi iqtisadi dəyərə fikir versək, təxmini hesablamalara görə, Cənub Qaz Dəhlizinin tam işə düşməsi ilə layihənin Türkiyə iqtisadiyyatına məcmu olaraq dolayısıyla 50 milyard dollara qədər əlavə dəyər verəcəyi planlaşdırılır. Və yaxud türk iqtisadçıların hesablamalarına görə, layihə 2029-cu ilə qədər Türkiyənin daxili məhsuluna 29 milyarda qədər ələvə dəyər artıracaq. Qeyd etmək lazımdır ki, layihənin həyata keçməsi ilə Türkiyə və Azərbaycan şirkətləri çox ciddi şəkildə Know-How əldə etmişlər. Məhz Know-How vasitəsilə digər bölgələrdə də yeni layihələr həyata keçirmək mümkün olacaq. Həm Şimali İraqdan, həm də digər bölgələrdən gələn qaz ehtiyatlarının bu kəmər vasitəsilə Avropaya çatdırılması imkanının mümkün olması Türkiyənin enerji bazarında rolunu daha da artıracaq".

T.Mirkişili vurğulayıb  ki, Cənub Qaz Dəhlizi Avropanın bu istiqamətdə əldə edə biləcəyi ən böyük uğur və sonuncu layihədir: "Avropanın bildiyiniz kimi qəbul etdiyi üçüncü enerji paketində enerjinin diversifikasiya olunması ilə bağlı xüsusi bir siyasəti var. Avropa Birliyi buna daima can atır. Məhz Cənub Qaz Dəhlizi layihəsi TAP-ın tamamlanması ilə artıq Avropanın bu istqamətdə əldə edə biləcəyi ən böyük uğur və sonuncu layihədir. Layihənin həyata keçməsi ilə Avropanın cənub hissəsinin böyük həcmdə qazla təmin olunması məsələsi tam təmin olunacaq ki, bu da Avropanın cənub hissəsinin şimala nisbətən daima baha qaz almasına və buraxdığı məhsulun, rəqabət qabiliyyətinin aşağı olması kimi problemlərin aradan qaldırılmasına kömək olacaq.

Layihə istehsalçıdan başlamış son istehlakçıya qədər bütün ölkələrin maddi rifahının daha da yaxşılaşmasına, istehsal etdiyi məhsulların rəqabət qabiliyyətinin artmasına və bütövlükdə hər bir ölkənin öz xalqı üçün daha parlaq gələcək qurmasına imkan yaradacaq. Bu cəhətdən baxsaq Azərbaycanda həyata kerçirilən hər bir  layihə kimi Cənub  Qaz Dəhlizi layihəsi də bütövlükdə regionda inteqrasiyaya daha sıx və təhlükəsizlik şəraitində yaşamağa, mehriban  qonşuluğa şərait yaradacaq. Bütün bunlar Azərbaycanın böyük uğurudur".

Nigar Orucova

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31