Dövlət proqramları əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırıb
27 Mart 2019 14:00 İqtisadiyyatRegionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları hər bir sahədə olduğu kimi əhalinin kommunal problemlərinin həlli istiqamətində də müsbət işlərin görülməsi və nailiyyətlərin əldə olunması ilə yadda qalıb. Dövlət Proqramlarının icra edildiyi son 15 il ərzində istər əhalinin təbii qaz, istər içməli su, istərsə də elektrik enerjisi ilə təminatında məqsədyönlü tədbirlər həyata keçirilib, işlər görülüb. Elə ötən illər ərzində əhalinin elektrik enerjisi ilə təminatı istiqamətində görülən işlər və həyata keçirilən tədbirlər də təqdirəlayiq hesab edilə bilər.
Belə ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları və eləcə də "Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə hazırlanmış Reablitasiya Proqramı" çərçivəsində yaxın perspektivdə bütün enerji istehsalı müəssisələrinin faydalı iş əmsalının yüksəldilməsi nəzərdə tutulur.
"Azərenerji" ASC-nin həyata keçirdiyi ardıcıl və sistemli tədbirlər, köklü dəyişikliklər fonunda enerji sisteminin müstəqillik dövründə tikilib istifadəyə verilmiş ikinci ən böyük generasiya gücünə malik elektrik stansiyası - 780 MVt-lıq "Cənub" ES-in qoyuluş gücü ilə faktiki istehsal gücünün uyğunsuzluğu aradan qaldırılıb. Belə ki, görülən texniki tədbirlər nəticəsində elektrik stansiyasının istehsal gücü 700 MVt-a çatdırılıb. Stansiyanın 2 saylı Qaz Turbinin İsti qaz yolunun təmiri işləri aparılıb, isti qaz yolları, yanma kamerası təftiş olunub, turbinin I, II, III saylı işçi kürəkləri yeniləri ilə əvəz olunub. Təftişin sonunda qaz turbini yuyulub.
25.11.2018-ci il tarixdə 2 saylı Qaz Turbin müvəfəqiyyətlə işə qoşulub, Qaz Turbin dispetçer yük qrafikinə uyğun olaraq yüklənib. Digər qaz turbinlərdə də aparılmış bəzi əməliyyatlar, o cümlədən çıxış tüstü qazlarının temperaturunun qaldırılması nəticəsində stansiyanın ümumi yükü, dispetçer yük tənzimləməsi rejiminə uyğun olaraq 700 MVT-a çatdırılıb.
Aparılmış təmir işləri və digər texnoloji əməliyyatlar, stansiyanın texniki iqtisadi göstəricilərinə də müsbət təsir göstərib. Belə ki, elektrik enerjisinin xüsusi sərfi 4.00 faiz normaya qarşı, 3.5 faizə salınıb, yanacağın xüsusi sərfi isə 245 qr/kvts normaya qarşı 239 qr/kvts-a salınıb. Belə uğurlu texniki tədbirlər "Azərenerji" ASC tərəfindən davamlı olaraq digər elektrik stansiyalarda da həyata keçirilməkdədir.
Bundan başqa keçən ilin iyul ayında baş vermiş məlum hadisənin təkrarlanmaması üçün sentyabr ayından etibarən ölkə elektrik enerjisi sistemi üzrə "itirilmiş" generasiya güclərinin bərpası, sabit generasiya güclərinin təmin edilməsi məqsədilə "Azərenerji" ASC tərəfindən enerjisistemin kritik vəziyyətdən çıxarılması üçün hazırlanaraq Dövlət Başçısına təqdim edilən "Reabilitasiya proqramı" əsasında artıq ciddi nəticələr əldə olunub. Belə ki, 780 MVt layihə gücündə olan "Cənub" ES-in qaz turbinlərini yüksək təzyiqli qaz yanacağı ilə təmin edən qaz kompressorları qeyri-stabil işlədiyinə görə elektrik stansiya 260 MVt yük məhdudiyyəti ilə istismar edildiyi halda, stansiyanın qaz kompressorlarında olan nöqsanların aradan qaldırılması məqsədilə kompleks tədbirlər həyata keçirilib əsaslı təmir işləri aparılıb. Təmir zamanı qaz turbininin 3 pilləsinin istiqamətləndirici işçi kürəkləri, pillələrin kipləndirici hissələri, odluqlarda olan bütün elementlər yenisiilə əvəz edilib və rekonstruksiya olunub. Görülən işlər nəticəsində stansiyanın yükü 520MVt-dan 700 MVt-a qaldırılmaqla 180 MVt itirilmiş güc bərpa edilib.
Müqayisə üçün qeyd edək ki, 180 MVt güc orta hesabla 5 rayonun elektrik enerji tələbatı miqyasındadır. "Cənub ES"-də aparılan planlı təmir işləri davam etməkdədir və yaxın zamanlarda yük məhdudiyyətinin tam aradan qaldırılması mümkün olacaq.
"ŞimalES"-də analoji olaraq təmir və bərpa işləri nəticəsində stansiyanın gücü 350 MVt-dan 370 MVt-a yüksəldilib. Eyni zamanda, "Şimal ES"-dən Abşeron regionunun enerji təminatını təmin edən elektrik verilişi xətlərində profilaktik təmir işləria parılıb, stansiyanın təsirlənmə sistemində olan qüsur ABB şirkətinin nümayəndələrinin iştirakı ilə həlle dilib, nəticədə
20 MVt güc məhdudiyyəti aradan qaldırılıb. "Bakı ES"-də yarımstansiyadan çıxan 110 kV-luq 3-cü və 4-cü "8 km" elektrik verilişi hava xətlərinin 2,1 km-lik hissəsindəki naqillərin en kəsiyi böyük olan naqillərlə əvəz edilməsi ilə xətlərin yük buraxma qabiliyyəti artırılıb və bununla da "Bakı ES"-də 10 MVt yük məhdudiyyəti aradan qaldırılıb. Nəticədə, stansiyanın yükü 80 MVt-dan 90 MVt-a çatdırılıb. Hazırda enerji sistem üzrə generasiya güclərinin, ötürücü şəbəkələrin, rele mühafizəsi və əks qəza avtomatikasının etibarlılığının artırılması, itirilmiş güclərin bərpa edilməsi istiqamətində "Reabilitasiya proqramı" əsasında yenidənqurma işləri davam etdirilir.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində "Azərenerji" ASC-nin balans mənsubiyyətinə aid olan elektrik stansiyaları ilə yanaşı, ötürücü xətlər və yarımstansiyalarda da kompleks tikinti, bərpa və yenidənqurma işləri həyata keçirilib. Daha dəqiq desək "Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reablitasiya üzrə Tədbirlər Planı"na uyğun olaraq aparılan təftişdən sonra aşkar edilən nöqsan və nasazlıqların aradan qaldırılması, istismar müddətini başa vuran hissələrin dəyişdirilməsi istiqamətində işlər həyata keçirilib. İlkin mərhələdə sistemtəşkiledici 110 kV-luq ikidövrəli "8-ci" km hava xətlərinin 3-cü və 4-cü xətlərində istismara yararsız naqillər, izolyatorlar dəyişdirilib, hava xəttinin dayaqları təmir edilib. Eyni zamanda, 110 kV-luq 1-ci "Xırdalan", 110 kV-luq 2-ci "Maştağa", 220 kV-luq "Zabrat" hava xətlərində yenidənqurma işləri aparılıb. Respublikanın bölgələrində də işlər həyata keçirilməkdədir. Belə ki, 220 kV-luq 6-cı "Masallı", 110 kV-luq 2-ci "Salyan" 110 kV-luq 3-cü "Sabirabad" hava xəttlərində istismar müddətini başa vuran dayaq və naqillər dəyişdirilib. Elektrik verlişi xətləri ilə yanaşı yarımstansiyaların da müasirləşdirilməsi sürətlə davam edir. Yarımstansiyalarda ifrat yüklənən transformatorların yeniləri ilə əvəz olunması məqsədilə sifariş edilən 13 ədəd transformatorun quraşdırılmasına başlanılıb. "Əhmədli", "Zabrat", "135 Saylı, "Sumqayıt-2", "Sulfanol" və "Kimyaçılar" yarımstansiyalarında quraşdırılan transformatorların hesabına 400 MVA-ya yaxın güc artımına nail olunacaq.
Qeyd edək ki, davamlı şəkildə gerçəkləşdirilməsi müəyyənləşdirilən tədbirlər ölkə enerjisisteminin stabil, təhlükəsiz, dayanıqlı iş rejimində fəaliyyət göstərməsi və iyul ayında baş verən enerji böhranının təkrar olunmaması üçün vacib əhəmiyyət kəsb edir.
2018-2020-ci illəri əhatə edən reabilitasiya proqramının tərkib hissəsi olaraq müəyyən işlər hissə-hissə görülüb və görülməkdədir. Belə ki, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan, Mingəçevirdə yerləşən 8 enerji blokundan ibarət "Azərbaycan" İES-in yenidənqurulması çərçivəsində istismar müddətini başa vuran avadanlıq və aqreqatlar yeniləri ilə əvəz edilir, stansiya və yarımstansiyalar tikilərək tamamilə yenidən qurulur.
Artıq "Azərbaycan" İES-in 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyanın yenidənqurulması prosesi yekunlaşmaq mərhələsinə keçib. Daha dəqiqi 2018-ci ilin son aylarında 145 gün müddətinə əsaslı təmir edilməli olan 6-cı enerji bloku və 500 kVt-luq yarımstansiyada avadanlıqların yenilməsi işi 80 gün ərzində başa çatdırılıb. Bununla da 6-cı enerji bloku tam gücü ilə işə qoşulub və ehtiyat güc mənbəyi yaradılıb. Eyni zamanda hidrogen istehsal edən eloktroliz, oksigen qurğuları təzələnib. 2019-cu ildə Dövlət Proqramlarının icrası müddətində "Azərbaycan" İES-dəki digər 7 enerji blokunun tamamilə yenidənqurulması həyata keçiriləcək.
Paralel olaraq bu yaxınlara qədər faktiki qoyuluş gücü ilə işləməyən Şəmkir Su Elektrik Stansiyasına yeni ehtiyat hissələr alınaraq gətirilib, 2 nömrəli hidro aqreqatda 26 noyabr - 27 dekabr tarixləri müddətində təmir-bərpa işləri aparılıb. Nəticədə aqreqatın gücü 2 dəfə artırılıb. Daha dəqiqi 80 MVt məhdudiyyət aradan qaldırılıb ki, bu təxminən bir neçə rayonun tələbatına bərabərdir . Ümumilikdə isə Şəmkir SES üçün nəzərdə tutulan yenidənqurma işləridavam edir.
Həyata keçirilən işlərin sırasına modul tipli elektrik stansiyaları da daxil edilib və "Səngəçal", "Xaçmaz", "Şahdağ", "Bakı", "Astara" və "Şəki" modul tipli elektrik stansiyalarında mühərriklərin təmir-bərpa işlərinə start verilib.Təmir-bərpa işlərinin aparılması üçün "Wartsila" şirkəti ilə bağlanan müqaviləyə əsasən ilk partiya avadanlıq və ehtiyat hissələri stansiyalara gətirilib və quraşdırılmaqdadır. Növbəti partiya avadanlıq və ehtiyat hissələrinin aprel ayına qədər gətirilməsi və ilin sonuna qədər işlərin yekunlaşdırılması planlaşdırılıb.
Qeyd edək ki, təmirə qədər mühərriklər aşağı güclə və fasilələrlə işləyirdisə, təmirdən sonra qoyuluş gücünə yaxın və daha dayanıqlı işləyəcək. Başqa sözlə "Səngəçal" ES-də mühərriklərin hər biri təmirə qədər 14 MVt güclə işlədiyi halda, təmirdən sonra 16 MVt-a çatdırılması nəzərdə tutulub. "Xaçmaz", "Şahdağ", "Bakı", "Astara" və "Şəki" ES-lərdə isə mühərriklərin hər birinin gücü orta hesabla 5,5 MVt-dan 8,1 MVt-ya çatdırılacaq. Nəticədə 200 MVt-dan artıq itirilmiş güc bərpa olunacaq.
"Azərenerji" ASC "Reabilitasiya Planı"na uyğun olaraq, istilik, su və kiçik elektrik stansiyaları, yarımstansiyalar o cümlədən enerjinin idarəedilməsi üçün dispetçer idarəetmə mərkəzi ilə yanaşı sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində də kompleks yenidənqurma və bərpa işləri həyata keçirir. Sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində aparılan işlərin bir hissəsi başa çatıb, böyük hissəsi davam edir və edəcək.Qeyd edək ki, sistem əhəmiyyətli yüksəkgərginlikli ötürmə xətlərində tikinti və yenidənqurma işlərinin aparılması enerjisistemin dayanıqlığı, etibarlığı və fasiləsizliyi üçün başlıca şərtlərdən biri olmaqla yanaşı texniki itkilərin aradan qaldırılmasında da xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda elektrik enerjisinin idxal və ixrac əməliyyatlarında da əsas yük, həm də ötürmə xətlərinin üzərinə düşür. Ən əsası isə yüksəkgərginlikli ötürmə xətlərinin 69 faizi istismar müddətini keçdiyindən onların yenilənməsi təhlükəsizlik baxımından olduqca vacibdir.
Bundan başqa Dövlət Proqramları çərçivəsində "Cənub" Elektrik Stansiyası ilə "Xırdalan" yarımstansiyası arasında 220 kV-luq ikidövrəli hava xəttinin tikintisi başa çatmaq üzrədir. Eyni zamanda 220 kV-luq 3-cü, 6-cı Masallı, 110 kV-luq 3-cü "Sabirabad", 1-ci, 2-ci Lənkəran, 3-cü Suraxanı, 2-ci Maştağa, 3-cü Kürdəmir, 3-cü Yevlax, Yalama hava xətlərində və digər istiqamətlərdə də tikinti-quraşdırma işləri yekunlaşmaq mərhələsindədir. Paralel olaraq Azərbaycanla-Gürcüstan arasında çəkilən beynəlxalq miqyaslı 330 kV-luq Ağstafa-Qardabani hava xəttinin ikidövrəli variantda yenidən qurulması layihəsi üzrə işlər sürətlə davam edir. Dövlət Proqramı çərçivəsində "Mingəçevir" Elektrik Stansiyasında (ES) təmir-bərpa işləri həyata keçirir. Stansiyada gərginliyi 220/110 kilovolt, (kV) gücü 200 meqavolt amper (MVA) olan avtotransormator, onun 220/110 kV-luq hücrələri, açarlarıı, ayrıcları qurlaşdırılıb. Kür çayının üstü ilə keçməklə 780 metr məsafədə yüksəkgərginlikli 110 kV-luq elektrik xətti çəkilib və avtotransformatora qoşulub.Eyni zamanda avtotransormator yeni müasir tipli rele mühafizəsi və avtomatikası sistemi ilə təmin edilib. Qeyd edək ki, 4 ildən artıq idi ki, 220/110 kV hissəsiyə əlavə avtotransformator qoşulmadığından birinci avtotransformator fasiləsiz işləyir, qəza riskini artırır və onun üzərində əsaslı təmir-bərpa işləri aparmaq olmurdu. İndi isə yükü digər avtotransformatorun üstünə keçirməklə istənilən təmir işini həyata keçirmək və fasiləsizliyi təmin etmək mümkündür.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir