İdman

Azərbaycanlı futbolçu türk klubuna 1 milyon bağışladı

6 Fevral 2018 15:41

"Karşıyaka" klubu milli komandamızın sabiq üzvü Mahir Şükürova razılığa gəlib.  Türkiyə təmsilçisi keçmiş futbolçusuna borcu səbəbindən 6 xalının silinməsi təhlükəsi ilə üzləşmişdi. "Karşıyaka"nın vitse-prezidenti Gökhan Şensan açınlamasında bildirib ki, 2014/15 mövsümündə komandada oynayan Mahirə 1,5 milyon lirə (bu günkü məzənnə ilə 672 min 150 manat) borcları olub. Bu gün futbolçu ilə görüşərək razılığa gəliblər.

Güləşçilərimiz İranda mübarizə aparacaq

6 Fevral 2018 13:47

Fevralın 8-9-da İran İslam Respublikasının Təbriz şəhərində sərbəst güləş üzrə böyüklər arasında ənənəvi "Təxti Kuboku" beynəlxalq turniri keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, 23 ölkədən 190-a yaxın idmançının iştirak edəcəyi turnirdə Azərbaycan pəhləvanları da mübarizə aparacaq. 

Azərbaycanlı məktəbli Türkiyədə qızıl medal qazanıb

6 Fevral 2018 13:39

Paytaxt məktəblisi cüdo idman növü üzrə Türkiyədə keçirilən beynəlxalq turnirdə qalib gəlib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 13 nömrəli tam orta məktəbin VI sinif şagirdi Rəşad Əhmədov çempionatda 34 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq I yerə layiq görülüb. Rəşad Əhmədov Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən qızıl medal və diplomla təltif olunub.

Karateçilərimiz Soçidən 6 medalla qayıdır

6 Fevral 2018 09:48

Azərbaycanlı karateçilər Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin isə 10-cu Avropa çempionatında çıxış ediblər. Qitə birinciliyi karateçilərimiz üçün uğurlu keçib. Təmsilçilərimiz Avropa çempionatında altı medal qazanıb ki, bunlardan dördü qızıl, biri gümüş və bürünc olub. Yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcılı ikinci dəfə Avropa ücüncülüyünü qazanıb.

“Keşlə” özünə yeni baza axtarır - SƏBƏB

5 Fevral 2018 18:15

Qış təlim-məşq toplanışını başa vuran “Keşlə” klubu özünə yeni məşq bazası axtarır. Buna səbəb baş məşqçi Ramiz Məmmədovun arenanın ot örtüyündən narazı qalması olub. Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun saytımıza verdiyi açıqlamada bildirib ki, qış toplanışında təbii ot örtüyündə məşq edən komanda artıq süni ot örtüyündə məşq etmək istəmir: “Oyunların keçirilmə yeri yenə də “Şəfa” stadionu olacaq. Ancaq komanda məşq yerini dəyişmək niyyətindədir. Ola bilər ki, “Neftçi”nin bazasına keçdik. Ola bilsin, “Dalğa Arena” və yaxud “Olipmiya Stadionu”nun ehtiyat bazası olsun.

Karateçilərimizdən tarixi nəticə

5 Fevral 2018 16:21

Karateçilərimiz Rusiyanın Soçi şəhərində yeniyetmələr arasında 45-ci, 21 yaşadək gənclərin 10-cu Avropa çempionatında tarixi nəticə göstəriblər. Federasiyanın mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qazanılan altı medaldan dördü qızıl, biri gümüş və bürünc mükafatdır. Yarışın son günü 21 yaşadək gənclərdən Hüseyn Əliyev (-67 kq, şəxsi məşqçisi Elnur Həsənov) qitə çempionu olub. Murad Hacızadə (+84 kq, şəxsi məşqçisi Rafael Məmmədov) isə ardıcıl olaraq ikinci dəfə avropa üçüncülüyünü qazanıb.

"Çelsi" Antonio Konte ilə yollarını ayıra bilər

5 Fevral 2018 15:45

"Çelsi" baş məşqçisi Antonio Konte ilə mövsümün sonunda yollarını ayıra bilər. Məlumata görə, bu barədə "The Express" qəzeti məlumat yayıb. Məlumatda bildirilir ki, bu mövsüm istənilən çıxışı sərgiləməyən komanda baş məşqçi Konteni mövsümün sonunda yola salmaq istəyir. Əgər "Çelsi" uğursuz çıxışlara davam etsə, Kontenin istefası daha tez reallaşa bilər.

Futbol matçında ŞOK HADİSƏ: oyunçunun dişi qapıçının qolunda qaldı

5 Fevral 2018 13:50

İspaniya La Liqasının 22-ci həftəsi çərçivəsində qarşılaşan “Atletiko Madrid” – “Valensiya” matçında bədbəxt hadisə baş verib.  “Atletiko Madrid”də forma geyən Qodin rəqibin qapıçısı Neto ilə toqquşub.

Bakı məktəblisi Avropa çempionu olub

5 Fevral 2018 13:07

Paytaxt məktəblisi karate idman növü üzrə Avropa çempionu adına layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, İdarənin tabeliyindəki 147 nömrəli texniki-humanitar liseyin IX sinif şagirdi Tale Yaqubov Rusiyanın Soçi şəhərində 14-18 yaşlı idmançılar arasında keçirilən 45-ci qitə çempionatında I yeri tutub. O, 63 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq, qızıl medalla təltif olunub.

Yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək

5 Fevral 2018 13:04

Fevralın 20-21-də sərbəst və yunan-Roma güləşi üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır. Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilib. 

"Qalatasaray" azarkeşləri Ardaya HÜCUM ETDİLƏR - VİDEO

5 Fevral 2018 12:59

Qış transfer pəncərəsində səs-küylü bir şəkildə "Barselona"dan "Başakşəhər"ə transfer olan Arda Turan səfər matçından qayıdarkən "Qalatasaray"lı azarkeşlərin "hücumuna" məruz qalıb.

İspaniya klubu Zedorfa tapşırıldı

5 Fevral 2018 12:57

"Deportivo" klubunun yeni baş məşqçisi müəyyənləşib. İspaniya təmsilçisi bu posta Klarens Zedorfu gətirib. Təyinatın bu gün rəsmən açıqlanacağı bildirilir. Zedorfun qarşısına komandanın La Liqadakı yerini qorumaq tapşırığı qoyulub.

""Qarabağ"da qalaraq yaxşı məvacib ala bilərdim"

5 Fevral 2018 12:29

Qış transfer pəncərəsində "Qarabağ"da ayrılaraq İsveçin AİK klubuna keçən Tarik Elyunussi açıqlama verib. Mərakeş əsilli norveçli futbolçu "Qarabağ"a gəlməsindən danışıb: "2017-ci ildə "Olimpiakos"da yaxşı mövsüm keçirdim, Yunanıstan çempionu olduqdan sonra "Qarabağ"a icarə əsasında keçdim. Çempionlar Liqasında oynamaq istədiyim üçün bu keçidə müsbət yanaşmışdım.İlk vaxtlar hər şey qaydasında gedirdi, lakin sonradan zədə aldım və bu, mənə mane oldu. Bu zədə ücbatından 2 ay futboldan kənar qaldım. ÇL-də son turları kənardan izləməli oldu. Mən isə "Qarabağ"a Çempionlar Liqasında oynamaq üçün gəlmişdim. Təcrübə qazanmaq istəyirdim".

Növbədənkənar Prezident seçkiləri səbəbindən Azərbaycan kubokunun təqvimi dəyişəcək

5 Fevral 2018 12:05

Azərbaycan kubokunun təqvimində dəyişiklik ediləcək. Məlumata görə, buna ölkədə növbədənkənar Prezident seçkilərinin elan edilməsi səbəb olub. Belə ki, kubokda yarımfinal mərhələsinin ilk oyunları öncədən aprelin 11-nə planlaşdırılıb.

Azərbaycan karateçiləri Avropa çempionatında medalların sayını dördə çatdırıblar

5 Fevral 2018 11:42

Rusyanın Soçi şəhərində baş tutan yarışın ikinci günü 16-18 yaşlı gənclər seçmə komandasının üzvü Hümmət Baxşəliyev (-61 kq) qızıl medal qazanıb. “OLAYLAR”-a Azərbaycan Karate Federasiyasından bildirilib ki, yeniyetmələrdə avropa üçüncüsü, hazırkı yaş qrupunda isə dünya ikincisi olan H.Baxşəliyevdən başqa daha bir idmançımız çempionluğunu son saniyədə əldən verib.