İdman
Taekvondoçularımız İstanbulda 2 medal qazandı
Türkiyənin İstanbul şəhərində taekvondo üzrə klublararası Avropa çempionatının ardından "Turkish Open" turnirinə start verilib. Sayca 5-ci olan G1 kateqoriyalı yarışda Azərbaycanın gənclərdən ibarət millisi də mübarizəyə qatılıb. Turnirin ikinci günü dayanq üzərinə çıxan taekvondoçularımızdan ikisi medala yiyələnib.
Olimpiya oyunlarında ilk dopinq qalmaqalı baş verdi
Obyektləri yaxınlaşdıran “4D” eynək yaradılıb
Kaliforniya Universitetinin tərtibatçıları film obyektlərinə baxış zamanı tamaşaçıya toxunmağa imkan verəcək dördölçülü eynək yaradıblar. İştirakın effektini gücləndirmək üçün eynək istifadəçiyə “toxunmağa” başlayaraq baxış zamanı, məsələn, ekranda tamaşaçıya tərəf hərəkət edən obyekt görünəndə əlavə hisslər yaradacaq.
Fransalı futbolçu Mərakeş millisini seçdi
"Napoli"nın qış transferi Zinəddin Maşeş mərakeş millisində çıxış edəcək. 22 yaşlı yarımmüdafiəçi Mərakeş Futbol Federasiyasının nümayəndələri ilə bir neçə görüşdən sonra buna razılıq verib. Maşeş Marsel şəhərində dünyaya gəlib və Fransa vətəndaşıdır. Onun atası əlcəzairli, anası isə mərakeşlidir. Ötən mövsüm "Toulouse" klubunun liderlərindən olan Maşeş yanvarda Neapol klubu ilə 4.5 illik müqaviləyə imza atmışdı.
“Barselona”nın qapıçısı “Bavariya”ya keçir?
"Barselona"nın qapıçısı Yasper Sillessen "Bavariya"nın maraq dairəsinə düşüb. Almaniya nəhəngi qapıçının oyununu izləyib. "Bavariya"nın skautları 28 yaşlı Yasperin İspaniya kubokundakı oyununu yüksək qiymətləndiriblər.
"Qarabağ” Kiyev “Dinamo”su səviyyəsindədi" - Ukraynalı mütəxəssis
Təlim-məşq toplanışında planlaşdırdığımız işlərin, demək olar ki, hamısını gördük. Bunu "Mariupol"un baş məşqçisi Aleksandr Babiç deyib. Antalyada təlim-məşq toplanışı keçən Ukrayna təmsilçisinin yoxlama görüşündə üz-üzə gəldiyi komandalardan biri də "Qarabağ" olub.
Həftəsonu mütləq izlənməli olan 4 QARŞILAŞMA
Topaz Premyer Liqasında XVI turun oyun cədvəli açıqlanıb. Həftəsonu keçiriləcək qarşılaşmaların başlama vaxtı və yeri müəyyənləşib. Turun ilk qarşılaşması 17 fevral - şənbə günü “Qəbələ” və “Zirə” arasında baş tutacaq. Görüş Qəbələ şəhər stadionunda, saat 15:00-da başlayacaq.
Bütün əngəllərə rəğmən Rusiya ABŞ-ı GERİDƏ QOYDU
2018-ci il Pxençan Qış Olimpiya Oyunlarına müstəqil şəkildə qatılmağa məcbur olan rusiyalı idmançılar yarışların 3-cü günündə də medal əldə edib. Fiqurlu kankisürmə kateqoriyasında komanda 66 xalla gümüş medala sahib olub.
Millimiz dünya reytinqində ilk ONLUQDA
Federasiya prezidenti istefa verdi
Azərbaycan Alpaqut Federasiyasının Prezidenti Aqil Acalov vəzifəsindən istefa verib. “OLAYLAR” xəbər verir ki, bu barədə məlumatı Aqil Acalov özünün facebook profilində yayıb. Lakin sabiq federasiya rəhbəri istefasının səbəblərini açıqlamayıb. "Mənə əziz və doğma olan Alpaqut kollektivi ilə işləmək mənə olduqca xoş idi. İndiyə qədər yanımda olub mənə dəstək olduğunuz üçün hər birinizə minnətdaram. Yaxın zamanda mətbuata açıqlama verəcəm".
Qış Olimpiya Oyunlarında önəmli DƏYİŞİKLİK - Təmsilçimiz bu tarixdə yarışacaq
2018-Qış Olimpiya Oyunlarına ev sahibliyi edən Pxençanda tarixi yarışın 2 günü geridə qalıb. Ölkəmizin bir idmançı ilə təmsil olunduğu yarışda artıq 6 medal öz sahiblərini tapıb. Dağ xizəyi yarışında qızıl medalı kişilərdən 87,16 xalla amerikalı olimpiyaçı Redmond Gerard qazanıb. 17 yaşlı Redmond dağ xizəyi kateqoriyasında ən gənc kişi idmançıdır.
“Neftçi” qələbə qolunu son dəqiqələrdə vurdu
Bu gün Azərbaycan çempionatının 15-ci turunda “Neftçi” və “Kəpəz” klubları üz-üzə gəliblər. Görüş “Neftçi”nin 1-0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu 86-cı dəqiqədə Mirabdulla Abbasov vurub. Günün digər matçı isə “Keşlə” və “Səbail” arasında keçirilib. Matç 1:1 başa çatıb.
MMA döyüşçüsü Ronalduya papaq hədiyyə edib
Rusiyalı MMA döyüşçüsü Həbib Nurmaqomedov "Real Madrid"in futbolçusu Kriştianu Ronalduya xəz dərindən hazırlanmış papaq hədiyyə edib, portuqaliyalı hücumçu əvəzində ona top və futbolkasını verib.
Aquero, Sterlinq və Vardi üçün əlamətdar oyun
İngiltərə Premyer Liqasının 27-ci turunda "Leicester City"ni qəbul edən "Manchester City" rəqibini 5:1 hesabıyla darmadağın edib. Oyunda meydan sahiblərinin forvardı Serxio Aquero 4 qol vurub. O, bu mövsüm bütün turnirlər daxil olmaqla 25-ci qola imza atıb.














