“Qarabağ” – “Dnepr” oyunun hakimləri müəyyənləşdi

UEFA Avropa Liqasının qrup mərhələsində noyabrın 6-da keçiriləcək "Qarabağ" - "Dnepr" matçının hakimləri müəyyənləşib. "Olaylar"-ın məlumatına görə, oyunu polşalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Pavel Gildir. Ona Pyotr Sadzuk və Marçin Borovski köməklik edəcək. Konrad Sapela isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Qeyd edək ki, "Qarabağ" - "Dnepr" matçı noyabrın 6-da, saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31