"Qarabağ"ın rəqibindən baş məşqçiyə xəbərdarlıq
3 Noyabr 2014 19:05 İdmanAvropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan İtaliya "İnter"inin prezidenti Erik Tohir komandanın cari mövsümkü çıxışından narazı qalıb.
Qol.az xəbər verir ki, Milan təmsilçisinin İtaliya A Seriyasının son turunda səfərdə "Parma"ya uduzması (0:2) baş məşqçi Valter Matsarinin istefaya göndəriləcəyi iddialarını gücləndirib. Qarşıdakı növbəti iki oyunun təcrübəli mütəxəssis üçün son şans olduğu bildirilir. Avropa Liqasının qrup mərhələsində "Sent-Etyen"lə və A Seriyasında "Verona" ilə baş tutacaq oyunlarda qələbə qazanılmayacağı təqdirdə Matsarinin komandadan göndəriləcəyi gözlənilir. Rəhbərliyin artıq bununla bağlı Matsariyə xəbərdarlıq etdiyi bildirilir.
Qeyd edək ki, Avropa Liqasında 7 xalla turnir cədvəlinə başçılıq edən "İnter" A Seriyasında 15 xalla 9-cu yerdə qərarlaşıb.