"Mütləq "Qarabağ"a qalib gəlməliyik"

"İndi bizi ancaq "Qarabağ"la görüş düşündürür. Qarşımızda duran əsas məsələ "Qarabağ"la səfər oyunudur". Qol.az  xəbər verir ki, bu sözləri "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Denpr" klubunun futbolçusu Artyom Fedetski Ukrayna çempionatında Kiyev "Dinamo"suna məğlub olduqları (0:3) oyundan sonra deyib. Yerli mətbuata açıqlamasında təcrübəli müdafiəçi qrup mərhələsindən çıxmaq üçün mütləq Bakıdakı oyunda qalib gəlməli olduqlarını vurğulayıb: "Azərbaycana yalnız qələbə üçün gedirik. Əgər Avropa Liqasında mübarizəmizi davam etdirmək istəyiriksə, mütləq "Qarabağ"a qalib gəlməliyik".

Qeyd edək ki, noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dnepr" oyunu saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31