Mahmud Qurbanov: "Bir-iki oyunla futbolçu seçmək düzgün deyil"

Millinin baş məşqçi vəzifəsini icra edən Mahmud Qurbanov "Bakı"nın futbolçusu, cari mövsüm Premyer Liqanın ən sərrast futbolçuların olan Nurlan Novruzovun sabah başlanacaq Norveçlə "Avro-2016"nın oyunu üçün təlim-məşq toplanışına cəlb olunmamasına münasibət bildirib. M.Qurbanov deyib: "Qarşıda bizi rəsmi oyun gözləyir. Nurlan Novruzov qol vurub, amma yalnız bir-iki oyunla futbolçu seçmək düzgün olmazdı. Onu yoxlamaq yaxşı olardı. Sadəcə, bizim vaxtımız azdır. Norveçlə oyun Avro-2016-nın seçmə mərhələsi çərçivəsindədir. Yoxlama görüşü olsaydı, Novruzovu yoxlamaq olardı. Təlim-məşq toplanışına hazırda yaxşı formada olanlar dəvət olunub". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31