“Qarabağ” azarkeşlərinə müraciət etdi: “Bilet alarkən ehtiyatlı olun”
3 Noyabr 2014 15:00 İdmanNoyabrın 6-sında Avropa Liqasının IV turu çərçivəsində "Qarabağ" - "Dnepr" oyununun biletləri satışa çıxarılıb. Biletləri Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür. Qiymət 1-10 AZN arası dəyişir. Klub rəhbərliyi azarkeşləri bileti hansısa fərdi şəxslərdən deyil, Respublika stadionunun kassalarından almağa çağırıb. Holoqramı olmayan biletlər etibarsız sayılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31