Şok qərar! “Araz-Naxçıvan” fəaliyyətini dayandırdı

Azərbaycan Premyer Liqada mübarizə aparan "Araz Naxçıvan" klubu şok qərar qəbul edib. Klubun rəsmi saytının verdiyi məlumata görə, "Araz-Naxçıvan" PFK bu gündən etibarən fəaliyyətini dayandırıb. Xəbərlə bağlı geniş məlumat günün ikinci yarısından sonra saytımızda yerləşdiriləcək. Qeyd edək ki, klub sonuncu görüşdə "Qarabağ"-a 0-4 hesabı ilə məğlub olub. "Araz" mövsüm ərzində keçirdiyi 10 oyunun 8-ni məğlubiyyətlə, 1-ni, 1-ni isə qalibiyyətlə razılaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31