"Müqavilə yeniləməsəm, gedəcəm" - Cerard
31 Oktyabr 2014 18:25 İdman"Liverpul" klubunun kapitanı Stiven Cerard gələcək karyerası haqda danışıb. Qol.Az-ın məlumatına görə, 34 yaşlı futbolçu "The Telegraph"a açıqlamasında mövsümün sonunda karyerasını başa vurmağı düşünmədiyini bildirib: "Mövsümün sonunda karyeramı başa vurmağı düşünmürəm. Futbol oynamağa davam etmək istəyirəm. Gözləmək lazımdır. "Liverpul"la müqavilə yeniləməsəm, karyeramı digər klubda davam etdirəcəm. Hər şey "Liverpul" rəhbərliyindən asılı olacaq".
Qeyd edək ki, 1998-ci ildən "Liverpul"un şərəfini qoruyan Cerard keçirdiyi 482 oyunda 113 qola imza atıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31