İki şahmatçımız Avropa çempionu oldu

Gürcüstanın Batumi şəhərində gənclərin şahmat üzrə Avropa birinciliyi başa çatıb. Bu barədə məlumat verən məşqçi Abışov Kamilin sözlərinə görə, yarışda Avropanın 45 olkəsindın 989 şahmatçısı altı yaş qrupunda güclərin sinayıblar. Ümumilikdə 36 medal oynanılıb. Yarışda ölkəmizi 118 şahmatçı təmsil edib. 18 yaşda Fətəliyeva Ülviyə və 10 yaşda İsmayıl Mələk Avropa çempionatının qızıl medalını qazanaraq Avropa çempionu olublar. .Beydullayeva Gövhər gümüş, Qasımov Pərviz və Höcətova Aydan bürünc medallar qazanıblar. 8-18 yaş qrupunda gənclərin şahmat üzrə Avropa birinciliyində ümümi komanda hesabında ölkəmiz ikinci yerə çıxıbdır.

Qeyd edək ki, SOKAR şirkəti ölkəmizin Avropa birinciliyində iştirak edən hakimlər, məşqçilər və valideyinlərin Tibilisi-Batumi və Batumi-Tibilisi marşrutu ilə 3 müasir tipli avtobus ayırıb.Oktyabrın 29 da Tibilisi yaxınlığında SOKAR-ın malikanəsində ölkə şahmatçilarımızın şərəfinə böyük ziyafət verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31