FIFA Ukraynadan üzr istədi: “Krım Rusiya ərazisi deyil”

FIFA rəhbərliyi qurumun rəsmi saytında Krımı Rusiya ərazisi kimi göstərən videonun yerləşdirilməsinə görə, Ukraynadan üzr istəyib. Ukrayna mətbuatının məlumatına görə, FIFA videoçarxın Rusiya tərəfindən hazırlandığını açıqlayıb. Ukrayna Futbol Federasiyaları Assosasiyasının prezidenti Pavel Ternovı isə görüntünün artıq saytdan götürüldüyünü bildirib. Qeyd edək ki, Rusiyanın 2018-ci ildə ev sahibliyi edəcəyi Dünya Kuboku yarışlarının loqosunun təqdimat mərasimində Krım federasiya ərazisi kimi göstərilib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31