Derbi öncəsi "Mançester Siti"də şok

"Mançester Siti"nin ispan oyunçusu David Silva həftə sonu baş tutacaq Mançester derbisini buraxa bilər. Dünən " Newcastle Yunayted"ə qarşı keçirilən kubok oyununda Silva erkən əvəzlənib. Belə ki, 9-cu dəqiqədə Rayan Teylorun müdaxiləsindən sonra yerdə qalan yarımmüdafiəçinin yerinə Samir Nasri meydana çıxmışdı. Goal.az xəbər verir ki, ilkin müayinələr Silvanın derbiyə qədər hazır olmayacağını göstərib. "Mançester Siti"nin 0-2 hesabı ilə məğlub olduğu oyundan sonra danışan Manuel Pelleqrini Silvanın dizində problem yarandığını bildirib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31