Buffon 500-ə çatdı

İtaliya A seriyasında "Genua"ya qarşı matç "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.  Qol.az-a istinadən xəbər verir ki, 37 yaşlı qolkiper bu matçla "Yuventus"da 500-ci oyununa çıxıb.

Qeyd edək ki, "Genua" - "Yuventus" qarşılaşması birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Xatırladaq ki, C.Buffon 2001-ci ildən "Yuventus"un şərəfini qoruyur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31