FİFA-dan Ukraynaya hörmətsizlik: Qurum Krımı Rusiyanın xəritəsinə daxil etdi

Rusiya 2018-ci ildə ev sahibliyi edəcəyi Dünya Kuboku yarışları üçün hazırladığı loqosunu FİFA-ya təqdim edib. Beynəlxalq Futbol Federasiyaları Assosasiyasının prezidenti Zepp Blatter Rusiya bayrağındakı qırmızı və mavi rənglərin əks olunduğu loqonun ruslarını ruhunu və ürəklərini əks etdirdiyini bildirib. FİFA-nın baş katibi Cerom Valk isə Rusiyanı etnik zənginliyin olduğu tarixi dövlət adlandırıb. 2018-ci il Dünya Kubokunun yaxşı təşkil olunacağına ümid etdiyini deyib. Loqonun Moskvadakı Böyük Teatrın divarlarında lazer şousunda isə Krım Rusiyanın tərkibində göstərilib. Ukrayna Təhlükəsizlik Xidmətinin rəis müavini Markyan Lubkivski, ölkənin Futbol Federasiyası, Gənclər və İdman Nazirliyi Rusiyanın bu addımına etiraz edib. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31