Bayraq gününə həsr olunmuş çempionat keçiriləcək
30 Oktyabr 2014 16:02 İdmanPeyntbol idman növü üzrə Respublika Çempionatı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, Gənclər və İdman Nazirliyi, ASAN Xidmət, Azərbaycan Milli Olimpiya Komitəsi və Peyntbol Federasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq çempionat 9 noyabr-Milli Bayraq və 12 noyabr-Konstitusiya Gününə həsr olunur. 8-9 noyabr tarixlərini əhatə edəcək respublika çempionatı Qələbə Olimpiya İdman Kompleksində baş tutacaq. Çempionatda hüquq-mühafizə orqanları, silahlı qüvvələr və digər strukturların əməkdaşları mübarizə aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31