FİFA: Kişilər arasında dünya çempionatının oyunları süni meydançalarda keçirilə bilər

FİFA-nın baş katibi Jerom Valke kişilər arasında futbol üzrə müəyyən dünya çempionatı matçlarının süni meydançalarda keçirilməsinin tamamilə mümkün olduğunu istisna etmir. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir. FİFA-nın qərarına görə, 2015-ci ildə qadınlar arasında dünya çempionatı süni örtüklü stadionlarda keçiriləcək.FİFA-nın rəsmi saytı Valkedən sitat gətirərək yazır: "Bu, pul və ya turnirlərdə kişilər və qadınlar arasında fərq məsələsi deyil, Kanadanın təbii şəraiti məsələsidir. Tamamilə mümkündür ki, gec-tez kişilər arasında dünya çempionatı da süni meydanlarda keçirilsin". Futbol üzrə kişilər arasında növbəti dünya çempionatları Rusiyada (2018-ci ildə) və Qətərdə (2022-ci ildə) keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31