Azərbaycan klubunun oyunçusunu Slovakiyada qovdular

Futzal üzrə Ukrayna millisi Slovakiya ilə 2 yoldaşlıq oyunu keçirib.  Apasport.az xəbər verir ki, çempionatımızın lideri olan "Fənər"in oyunçusu Yevgeni Valyenko bu matçlarda forma geyinib. Slovakiyanın Humenne şəhərində keçirilən ilk matçda qonaqlar əzmkar qələbə qazanıblar - 2:1. Bu görüşdə Valyenko 18-ci dəqiqədə meydandan qovulub. Dünən keçirilən ikinci matçda isə Ukrayna rəqibinin daşını daş üstə qoymayıb - 7:1.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31