Boksçu qız nokautdan sonra ölüb

Cənubi afrikalı Findile Mvelaze nokauta düşüb iki həftə komada qaldıqdan sonra ölüb. Trend xəbər verir ki, bu barədə "İnterfaks" agentliyi "Guardian" qəzetinə istinadən məlumat yayıb. Oktyabrın 10-da Pretoridə çıxış edən Mvelaze döyüş zamanı nokauta düşüb. İdmançı təcili xəstəxanaya yerləşdirilib, amma komaya düşən Mvelaze oyanmayıb. O, son həftə ərzində vəfat edən üçüncü cənubi afrikalı qadındır. 4 gün əvvəl yüngül atlet Mbulaeni yol qəzasında həlak olub, cümə günü isə soyğunçular ölkənin futbol üzrə yığmasının qapıçısı Sinzo Meyivanı öldürüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31