Topaz Premyer Liqasının 2-ci dövrəsinə start verilir: “Qarabağ” “İnter”-in qonağıdır

Bu gün Topaz Premyer Liqasında 2014/2015 mövsümünün 2-ci dövrəsinə start verilir. Turun bütün qarşılaşmaları eyni gündə baş tutacaq. Turun mərkəzi görüşündə isə Ağdamın "Qarabağ" futbol klubu Bakı "İnter"-inin qonağı olacaq. Matç saat 18:00-da İnter Arenada baş tutacaq. Turnir cədvəli baxımından oyun hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır. "Bakılılar" Qurban Qurbanovun yetirmələrini məğlub edəcəkləri təqdirdə liderliyi ələ keçirəcək. Əks halda isə "Qarabağ" aralarındakı xalq fərqini 4-ə çıxaracaq. Qarşılaşmanın hakimləri Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov və Ramil Əhmədovdur. Qeyd edək ki, turnir cədvəlinə 17 xalla liderlik edən "Qarabağ" "İnter"-i 1 xal hesabı ilə üstələyir. Digər oyunlara gəlincə, "Araz Naxçıvan" "Qəbələ" ilə üz-üzə gələcək. "Bakı" isə "Neftçi"ni qəbul edəcək. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31