Zidan: "Onun etdikləri inanılmazdır"
29 Oktyabr 2014 11:43 İdmanFransa yığmasının sabiq üzvü, əfsanəvi futbolçu Zinəddin Zidan mətbuata açıqlamasında həmyerlisi Pol Poqba haqda danışıb. Lent.az-ın məlumatına görə, "Zizu" "Yuventus"da çıxış edən 21 yaşlı yarımmüdafiəçini tərifləyib: "Poqbanın bu yaşda etdikləri inanılmazdır. Bəlkə də onun haqda həddindən çox danışırlar, ancaq Pol bu tempdə davam etsə, futbol tarixinin ən güclü oyunçularından birinə çevriləcək. Poqba özündə Klod Makelele və Patrik Vieyranın keyfiyyətlərini birləşdirir. Əgər baş məşqçisi olsaydım, mən onu yarımmüdafiənin mərkəzində hücumameyilli oynadardım. Poqba nə vaxtsa "Real"a keçəcəkmi? Bunu zaman göstərəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31