Məşhur futbolçu əməliyyat olunacaq

"Çelsi"nin aparıcı oyunçularından olan Dieqo Kostanın zədələndiyini xəbər vermişdik. Lent.az-ın məlumatına görə, 26 yaşlı hücumçu əməliyyat olunacaq. Kostanın dizaltı vətəri əməliyyat ediləcək. Bundan sonra Braziliya əsilli forvard 6 həftə yaşıl meydanlardan uzaq qalacaq. Baş məşqçi Joze Mourinyo həkimlərlə söhbətində Kostanın təyin olunan müddətdən tez qayıtmasını tələb edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31