Qana millisinin yeni baş məşqçisi müəyyənləşdi

Qana millisinin yeni baş məşqçisi müəyyənləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, komandanı bundan sonra Avraam Qrant çalışdıracaq. Qana Futbol Federasiyasının rəhbərliyi 6 namizəd arasından məhz israilli mütəxxəssisi seçib. A.Qrantla federasiya arasında rəsmi müqavilə imzalanıb.

Qeyd edək ki, daha öncə İsrail yığmasını çalışdıran 59 yaşlı mütəxəssis "Makkabi" (Təl-Əviv), "Makkabi" (Hayfa), "Portsmut", "Vest Hem", "Çelsi" və "Partizan" kimi klublarda işləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31