"Dnepr"in baş məşqçisi: "Bu, anormal haldır"
27 Oktyabr 2014 19:35 İdmanAvropa Liqasının qrup mərhələsində "Qarabağ"la qarşılaşacaq "Dnepr"in baş məşqçisi Miron Markeviç komandasının ev oyunlarını Kiyevin "Olimpiski" stadionunda keçirməsindən narazılığını ifadə edib. Goal.az xəbər verir ki, yerli mətbuata müsahibə verən təcrübəli mütəxəssis təyyarədə meydandan daha çox vaxt keçirdiklərindən gileylənib. "Biz məşq etməkdən daha çox təyyarədə otururuq. Bu, anormal haldır. Dneprepetrovskda oynamağa niyə razı olmadılar, bilmirəm. Orada çoxdan sakitçilikdir. Nəyə görə Kiyevə uçub nəhəng və boş stadionda oynamalıyıq? Bunu düzgün hesab etmirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31