"Qarabağ"ın rəqibinin kubok sınağı
27 Oktyabr 2014 19:15 İdmanBu gün Ukrayna Kubokunda 1/8 finalın cavab oyunları keçiriləcək. Qol.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" klubu öz meydanında "Volın"la qarşılaşacaq. Kiyevdə keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Səfərdə rəqibinə 0:1 hesabı ilə uduzan Dnepropetrovsk təmsilçisi doğma azarkeşləri önündə bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
27 oktyabr
Ukrayna Kuboku, 1/8 final
21:00. "Dnepr" - "Volın" (İlk oyun - 0:1)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31