Şevçenko da "Noyer" dedi
27 Oktyabr 2014 17:55 İdmanYaxın keçmişin məşhur futbolçusu Andrey Şevçenko maraqlı açıqlaması ilə diqqət çəkib. Lent.az-ın məlumatına görə, Ukrayna yığmasının sabiq üzvü "Qızıl top"u kim qazanmalıdır?" sualına belə cavab verib: "Futbolda ən vacib mükafatdır. Onu qazanmaq hər bir oyunçu üçün şərəfdir. O ki qaldı "Qızıl top"u bu dəfə kimin qazanacağına, mən mükafatı Manuel Noyerə verərdim. Möhtəşəm oyunçudur. Bilirəm ki, həmin mükafatı qapıçılardan təkcə Lev Yaşin əldə edib. Mənə elə gəlir ki, Noyer də bunu bacaracaq".
Qeyd edək ki, bir neçə gün öncə əfsanəvi futbolçu Frants Bekkenbauer də "Qızıl top"a Noyeri layiq saydığını bildirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31