Rumıniya yığmasının yeni baş məşqçisi müəyyənləşdi
27 Oktyabr 2014 17:45 İdmanViktor Pitsurkanın gedişindən baş məşqçisiz qalan Rumıniya yığmasının yeni çalışdırıcısı müəyyənləşib. Lent.az-ın məlumatına görə, federasiya rəhbərliyi bu vəzifəni Anxel Yordaneskuya həvalə edib. Qeyd edək ki, 64 yaşlı mütəxəssis buna qədər 2 dəfə Rumıniya yığmasını çalışdırıb. 1993-98 və 2002-04-cü illərdə millinin sükanı arxasında olan Yordanesku məşqçilik karyerası ərzində həmçinin "Styaua", "Əl-Hilal", "Əl-İttihad", "Əl-Eyn" klublarına və Yunanıstan yığmasına başçılıq edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31