Azərbaycan mədəni-idman festivalına qatılıb

Türkmənistanın Türkmənbaşı şəhərində "Avaza" Milli turizm ərazisində MDB-yə üzv dövlətlərin məktəbliləri arasında mədəni-idman festivalı keçirilib. "OLAYLAR"-ın Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, festivalda Azərbaycan "Təhsil" Respublika İdman Mərkəzinin 23 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunub. Festivalın açılış mərasimində Türkmənistanın idman naziri və festivalın Təşkilat Komitəsinin sədri, fiqurlu konkisürmə üzrə dəfələrlə Avropa və dünya çempionu, Rusiya Federasiyası Dövlət Dumasının deputatı İrina Rodnina çıxış edərək idmançıları festival münasibətilə təbrik edib. Tədbir çərçivəsində mini futbol, çimərlik voleybolu, stolüstü tennis, şahmat və basketbol idman növləri üzrə yarışlar keçirilib. Azərbaycan nümayəndə heyətində təmsil olunan Mətin Həsənzadə stolüstü tennis üzrə fərdi yarışda 3-cü yeri tutub. Tanınmış şahmat ustalarının qatıldığı yarışda isə Azərbaycan komandası 5-ci yerə yüksələ bilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31