Türkiyəli ulduz futbolçu Azərbaycan millisinə göz dikdi

Türkiyə millisinin və "Beşiktaş"ın sabiq üzvü İbrahim Üzülməz bu açıqlaması ilə gündəmə gəldi. Milli.Az novosti.az-a istinadən xəbər verir ki, Üzülməz NTV Spor kanalında bir verilişə qonaq olarkən bildirib ki, Azərbaycan millisinin başına keçməyə hazırdır: "Əgər AFFA mənə belə bir təklif göndərsə, məmnuniyyətlə qəbul edərəm. Azərbaycan futbolu və futbolçuları ilə tanışam. Bu səbəbdən də yığmaya rəhbərlik etməyim daha asan olar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31