Qurban Qurbanov qərarını verdi

Baş məşqçinin "Qarabağ"da qalıb-qalmayacağı məsələsinə aydınlıq gəlib

Avroliqada Azərbaycanı uğurla təmsil edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun klubdan gedib-getməyəcəyi məsələsinə aydınlıq gəlib. Anspress-in "Qarabağ"ın Facebook səhifəsinə istinadla verdiyi məlumata görə, klubun vitse-prezidenti Tahir Gözəl baş məşqçinin klubda qalacağını bildirib.

Qeyd edək ki, yığmanın baş məşqçisi Berti Foqtsun istefasından sonra Qurban Qurbanovun bu posta gətiriləcəyi söylənilirdi. Berti Foqtsun istefasından sonra millimiz Mahmud Qurbanova həvalə olunub. Komandamızın baş məşqçisinin adına isə noyabrın 16-da Bakıda keçirəcəyimiz Norveçlə qarşılaşmadan sonra aydınlıq gələcəyi gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31