Ukraynada prezidentin oğlu deputat seçildi
27 Oktyabr 2014 11:38 İdmanUkrayna prezidenti Pyotr Poroşenkonun böyük oğlu Aleksey Vinnitsa vilayətindəki 12 saylı birmandatlı dairədə majoritar sistem üzrə keçirilən seçkinin nəticələrinə görə rəqiblərindən çox səs toplayıb. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, büllütünlərin 86 faizi hesablanandan sonra prezidentin deputatlığa namizəd oğlunun 68 faiz səs topladığı məlum olub. Aleksey Poroşenko Ali Radaya "Pyotr Poroşenkonun Bloku"ndan namizədliyini irəli sürüb. O, əvvəllər Ukraynanın Şanxaydakı baş konsulluğunda iqtisadi məsələlər üzrə konsulun müavini işləyib, indisə ərzaq şirkətinin baş direktorunun müavniydi. Prezidentin oğlu həm də "Batkivşina" Partiyasından Vinnitsa vilayət sovetinin deputatı olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31