Qurban Qurbanov növbəti qələbə barədə danışdı
“Ən ağır oyunlardan birini keçirdik. Çox vacib qələbə qazandıq”
27 Oktyabr 2014 10:19 İdman"Qafqazinfo" qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Xəzər Lənkəran"la oyundan (3:2) sonra keçirdiyi mətbuat konfransında deyib.Rəqib haqda xoş sözlər deyən mütəxəssis futbolçularının çıxışndan razı qaldığını bildirib: "Xəzər Lənkəran" yaxşı komandadır. Bəlkə də çempionatda ən baxımlı oyun göstərən komandadır. Biz diqqətli olmalıyıq. Oyuna nəzarəti bir anlıq əldən vermişdik. Lakin futbolçularımız sona kimi döyüşdülər. Qələbə qazandığımız üçün şadam. Növbəti turda "İnter"ə qarşı çətin oyunumuz var. Həmin qarşılaşmaya ciddi hazırlaşmalıyıq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31