"Hər kəs məndən qələbə gözləyir" - Fariz Məmmədov

Sabah "Sərhədçi" İdman Olimpiya Mərkəzində AİBA Proboxing turniri çərçivəsində peşəkar boksçumuz Fariz Məmmədov rusiyalı Andrey Zamkoyovla döyüşəcək. Qol.Az-ın məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Fariz Məmmədov mətbuat konfransında iştirak edib. F.Məmmədov sabahkı döyüşdə azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq istədiyini bildirib: "Məhəmmədrəsul Məcidovun turnirdən imtina etməsindən sonra Bakıda yalnız mən rinqə çıxacam. Bilirəm ki, hər kəs məndən qələbə gözləyir. Hamının diqqəti üzərimdədir. Amma bu mənə psixoloji gərginlik yaratmır. Əksinə doğma divarlar arasında, azarkeşlərin dəstəyi ilə qələbə qazanmaq niyyətindəyəm". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31