De Xea "Real Madrid"lə bağlı xəbərlərə aydınlıq gətirdi

"Mançester Yunayted"in şərəfini qoruyan David De Xea "Real Madrid"ə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.  Goal.az xəbər verir ki, Almaniyanın "Kicker" qəzetinə müsahibə verən 25 yaşlı qapıçı bu xəbərlərin əsassız olduğunu bəyan edib. ""Real Madrid"lə adımın hallnması şaiyədən başqa heç nə deyil. Mən Mançesterdə xoşbəxtəm". De Xea daha sonra "Mançester Yunayted" haqqında söhbət açıb. "Mən qəhrəman olmaq istəmirəm. Sadəcə, komandaya kömək etməyə çalışıram. Gündən-günə artırırq. Yeni məşqçi gələndə başlanğıcda çətinliklərin olması təbiidir. Van Qaal deyir ki, biz inkişaf etdirməli və yenidən Çempionlar Liqasına qayıtmalıyıq. Karyeramın ən yaxşı illərini yaşayıram. Təzyiq altında olmaq mənə problem yaratmır. Fikrimcə, "Yunayted" və "Atletiko" kimi klublara milli komandadan daha çox təzyiq var. AVRO 2016-da qapıçı olmaq? Sualı Del Boskeyə verin. Buna hazır olmağa çalışıram". Qapıçı deyib ki, Radamel Falkao və Di Maria fantastik oyunçulardır: "Aleks Ferqyussona da minnətdaram. O, mənə çox köməklik edib: tənqidlərdən müdafiə etdi və səbir göstərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31