Fransa yığması Azərbaycan millisinə qarşı

2014-cü il dekabrın 4-də Parisdəki Qış Sirkində güləş üzrə Fransa və Azərbaycan yığmaları qarşılaşacaq. Trend Heydər Əliyev Fondunun saytına istinadən xəbər verir ki, "Bakı-2015" birinci Avropa oyunlarının təqdimat kompaniyası çərçivəsində keçiriləcək yoldaşlıq görüşündə komandalar Roma-Yunan, sərbəst və qadın güləşi üzrə üç növdə güclərini sınayacaqlar. 8 çəki dərəcəsində keçirilən yarışda ümumi hesabla irəli çıxan komanda qalib hesab olunacaq. Yoldaşlıq görüşünü 1600-dək tamaşaçı izləyə biləcək. Yarışdan sonra təşkil olunan rəsmi hissədə Azərbaycan idmanının bugünkü inkişaf və uğurları, eləcə də I Avropa Oyunlarına dövlət səviyyəsində aparılan hazırlıq haqqında məlumat veriləcək. Mərasimdə Fransanın siyasi dairələrindən və ictimaiyyətdən xüsusi dəvət olunmuş 200-dək qonağın iştirakı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31