“Dnepr”in baş məşqçisi: “Qarabağ” yaxşı təşkilatlanmış komandadır”
24 Oktyabr 2014 12:39 İdmanAvropa Liqasının qrup mərhələsində "Qarabağ"a uduzan (0:1) "Dnepr"in baş məşqçisi Miron Markeviç oyundan sonra mətbuat konfransında iştirak edib. Təcrübəli çalışdırıcı "Qarabağ" haqda xoş sözlər deyib: "Belə böyük, ancaq boş stadionda oynayırıq. Əlbəttə, komandamızın qələbə qazanmasını istərdim. Ancaq "Qarabağ" qələbəni daha çox istədi və buna görə də, 3 xal əldə edən tərəf oldu. "Qarabağ" yaxşı təşkilatlanmıış komandadır. Müdafiədə çox ağıllı oynadılar. Əldə etdikləri qol imkanlarından isə maksimum yararlandılar. Oyundan öncə futbolçulara xəbərdarlıq etmişdim ki, "Qarabağ" yaxşı komandadır. Rəqibimiz "Sent-Etyen"lə oyunda da qələbə qazanmağa yaxın olub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31