Futbolla bağlı daha bir sevincli xəbər

19 yaşlı futbolçularımızın almanları darmadağın edib

Almaniyanın Heusenstamm şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. AFFA-nın mətbuat xidmətindən Anspress-ə verilən məlumata görə, "Bayern Alzenau" klubunun U-19 komandası ilə qarşılaşan yığmamız 6:1 hesabı ilə qələbə qazanıb. Yığmamızın qollarını Benhur Kama, Yusup Xakimov, Mansur Nəhavəndi, Fəhmin Muradbəyli, Elnur Süleymanov və Vadim Ağarəhimov vurub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31