AFFA millinin başına Roberto Karlosu gətirir?

AFFA Roberto Karlosa təklif göndərib. Fanat.az xəbər verir ki, Berti Foqtsun istefasından sonra millinin baş məşqçi postu braziliyalıya təklif olunub. AFFA bu təklifi Roberto Karlosun Türkiyədə yaşaması, Rusiya futboluna bələd olması və bölgənin mentalitetini bilməsi səbəbindən irəli sürüb. Lakin braziliyalı 5 milyonluq təklifdən imtina edib. Buna səbəb isə millimizin yaxşı vəziyyətdə olmaması və onun "Sivasspor"dakı işini davam etdirmək istəyi olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31