"Qarabağ"ın yer aldığı qrupa diqqət!
24 Oktyabr 2014 11:52 İdman"Qarabağ"ın çıxış etdiyi Avropa Liqasının F qrupu hücumçuların "dişsiz"liyi ilə diqqət çəkir.Milli.Az apasport.az-a istinadən xəbər verir ki, I dövrənin oyunlarından sonra ən az qol vurulan məhz bu qrupdur.Burada baş tutan 6 görüşdə cəmi 4 qol qeydə alınıb. Hərçənd, digər qrupların hamısında 4 və daha çox qol vuran ən azı 1 komanda var.Təmsilçimizin qrupunda isə qol vurmayan 2 klub qalıb - "Dnepr" və "Sent-Etyen". Ümumilikdə, 5 belə komanda var. Heç bir başqa qrupda bu uğursuzlardan ikisi yer almayıb."Sent-Etyen" isə oyunlarında qol vurulmayan yeganə komandadır. Fransalıların hər 3 matçı qolsuz başa çatıb.
Avropa Liqası: Qollar, qruplar üzrə
A - 23
B - 10
C - 16
D - 23
E - 12
F - 4
G - 15
H - 17
İ - 20
J - 20
K - 16
L - 9