QALMAQAL: Avroliqa matçı yarımçıq dayandırıldı
24 Oktyabr 2014 11:42 İdmanAvropa Liqasının qrup mərhələsinin III turunda keçirilən "Slovan" (Slovakiya) - "Sparta" (Çexiya) matçı sonacan oynanılmayıb.Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Bratislavada baş tutan görüşün ilk hissəsinin sonuna 5 dəqiqə qalmış baş hakim qarşılaşmanı dayandırıb.Buna "Pasenki" stadionuna toplaşan azarkeşlər arasında qalmaqalın yaranması səbəb olub.Belə ki, hesab 0:0 olarkən, qonaq komandanın azarkeşləri digər tribunaya keçərək, yerli azarkeşlərlə dava etməyə başlayıblar.Aranın qarışdığını görən futbolçular və məşqçilər meydanı tərk ediblər və bir çox azarkeşlər isə stadiondan qaçıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31