Qanun pozan futbolçumuz üzr istədi- “Cavanlığıma bağışlasınlar”
24 Oktyabr 2014 11:25 İdman"Neftçi" klubunun gənc oyunçusu, icarə əsasında "Kəpəz" klubunda oynayan Vurğun Fərəczadənin avtomobili yüksək sürətlə idarə etməsi və sosial şəbəkədəki profilindən şəkil video paylaşması birmənalı qarşılanmamışdı. Hətta Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev də məsələnin araşdırılacağını qeyd etmişdi."Qafqazinfo" sportmedia.az-a istinadən xəbər verir ki, artıq futbolçu özü də məsələ ilə bağlı açıqlama verərək üzr istəyib:"İlk növbədə məxsus olduğum "Neftçi" və çıxış etdiyim "Kəpəz" klubunun rəhbərliyindən və azarkeşlərindən üzr istəyirəm. Hadisəyə gəlincə, şəkil indi deyil çoxdan, azı 3 ay bundan öncə istirahət vaxtı çəkilmişdi. Səhvimi anlayıram, mən də cavanam. Amma bunu ictimayiləşdirmək düzgün deyil. Kim bunu edibsə qəsdən edir. Allah canını sağ eləsin. Mən elə insan deyiləm ki, özümü biabır edəm. Səhvimi cavanlığıma bağışlasınlar. Bir də belə halların təkrarlanmasına yol verməyəcəm".