""Qalatasaray"da özünəinam yox idi"
23 Oktyabr 2014 20:50 İdman""Qalatasaray" güclü komandadır. Yaxşı müdafiə olunduq. Əvvəlki matçlarda olduğu kimi bu oyunda da "Qalatasaray"da özünəinam yox idi. Nəticədən məmnunam. Qarşılaşma ərzində üstün tərəf biz idik". Qol.az xəbər verir ki, bu sözləri "Borussiya"nın baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Qalatasaray" 4:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra deyib. Vacib üç xal qazandıqlarını deyən təcrübəli mütəxəssis yenidən yaşıl meydanlara qayıdan İlkay Gündoğanın oyununu da dəyərləndirib: "İlkayın oyununu bəyəndim. 14 aydan sonra yenidən matçlarda iştirak edir. Təbii ki, bu, onun üçün asan deyil".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31