"Ən azı bir xal qazanmalıydıq"
23 Oktyabr 2014 20:40 İdmanÇempionlar Liqasının qrup mərhələsində səfərdə "Olimpiakos"a 0:1 hesabı ilə uduzan "Yuventus" klubunun qapıçısı Canluici Buffon oyunla bağlı fikirlərini bölüşüb. Qol.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan təcrübəli qolkiper komandasının ən azı bir xal qazanmağa layiq olduğunu bildirib: "İkinci hissədə yaxşı oynadıq. Xeyli imkanlarımız olsa da, qol vura bilmədik. Düşünürəm ki, ən azı bir xal qazanmağa layiq idik. Təəssüf ki, ilk hissədə belə yaxşı oynaya bilmədik. Əgər belə oynasaydıq, hesab başqa cür olardı. Bu məğlubiyyət bizim qrupdan çıxmaq işimizi çətinləşdirdi".
Qeyd edək ki, "Olimpiakos" - "Yuventus" oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31