Balotelli cəzalandırılacaq - Pepe ilə forma dəyişdirdiyinə görə
23 Oktyabr 2014 20:10 İdmanÇempionlar Liqasında Madrid "Real"ına böyük hesabla uduzan "Liverpul"un baş məşqçisi Brendan Rocers komandanın qol ümidi sayılan Mario Balotellini cəzalandıracaq. Lent.az-ın məlumatına görə, bu, "Supermario"nun zəif çıxışı və ya qol vura bilməməsi ilə bağlı deyil. Məsələ burasındadır ki, "Real"a qarşı 45 dəqiqə oynayan Balotelli fasilədə formasını rəqib müdafiəçi Pepe ilə dəyişdirib. Bundan xəbər tutan "Liverpul"un çalışdırıcısı Rocers isə bərk qəzəblənib. Şimali irlandiyalı məşqçi mətbuata açıqlamasında Balotellini cəzalandıracağını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31