“Çövkən” üzrə 3-cü Azərbaycan çempionatında yarımfinalçılar məlum olub
23 Oktyabr 2014 18:29 İdmanBakı Dövlət Cıdır Meydanında Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə "Çövkən" üzrə 3-cü Azərbaycan Çempionatı davam edir. Yarışın ilk günü, "Ağdam" komandası "Kövsər"i 1-0 hesabı ilə məğlub etmişdi. "Balakən" təmsilçiləri isə "Laçın" komandasını mübarizədən kənarlaşdırmışdı. Turnirin 2-ci günü keçirilməli olan "Ağcabədi" - "Polad" oyununda Ağcabədi komandasına texniki məğlubiyyət verilib. "Sərhədçi" komandası isə "Ağstafa" kollektivindən güclü olub 3-0. Beləliklə Oktyabrın 24-də keçiriləcək yarımfinal qarşılaşmalarında "Ağdam" - "Polad" komandası ilə, "Sərhədçi" isə "Balakən"lə qarşılaşacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31